ABŞ-da açıqlanan məlumatdan sonra neft bahalaşmağa başladı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,1 milyon barrel (0,9 faiz) azalaraq 432,4 milyon barrelə gerilədiyini açıqlayıb.
 

Bazar gözləntisi ehtiyatların 1,4 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,1 milyon barrel artmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişməyərək 660,2 milyon barreldə sabit qalıb.
 

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 2,3 milyon barrel (1 faiz) azalaraq  236,8 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 400 min barel artım olması istiqamətində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 4,6 milyon barel artım göstərmişdi.

 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 247 min barrel azalma ilə 8,1 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 316 min barel artımla 2,03 milyon barelə çatıb.


 NEFT HASİLATINDA YENİ REKORD

 

Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 100 min barel artımla 10,9 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edib və son 22 həftədə 21 dəfə artım göstərmiş dir.
 

1 GÜNƏ KREDİT ALIN!

 

EIA-nın May 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn ilki  xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.
 

NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB
 

ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatlarındakı azalmanın ardından qlobal bazarda xam neftin qiymətləri yüksəlib.  Brent növü xam neftin barrel qiyməti 1,1 faiz artımla 76,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin barrel qiyməti də  0,6 faiz artımla 66,77 dollara qalxıb.

13 İyun 2018 , 21:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin