ABŞ neft qiymətləri proqnozunu dəyişdi

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) 2018 və 2019-cu ilə dair neft qiymətləri proqnozlarını dəyişib.
 

"Marja" xəbər verir ki, EIA-nın "İyun 2018" hesabatına görə, Brent tipli xam neftin orta hesabla barrel qiyməti bu il üçün 71 dollar sabit saxlanıb, gələn il üçün 2 dollar artırılaraq 68 dollara yüksəldilib.
 

EIA-nın Maydakı hesabatında, Brent tipli xam neftin orta hesabla barrel qiyməti bu il üçün 71 dollar, gələn il üçün isə 66 dollar olaraq təxmin edilmişdi.
 

İyun ayı hesabatında, Qərbi Texas (WTI) növü xam neftin orta hesabla qiyməti bu il üçün 64,5 dollar, 2019 üçün isə 62 dollar olaraq nəzərdə tutulub.
 

EIA-nın keçən aykı hesabatında WTI növü xam neftin orta hesabla qiyməti 2018-ci il üçün 66 dollar, 2019-cu il üçün isə 61 dollar olaraq təxmin edilmişdi.
 

22 İyunda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın da daxil olduğu bəzi ölkələr qlobal neft bazarının vəziyyətini müzakirə edəcəklər. Səudiyyə Ərəbistanı və Rusiyanın 2017-ci ilin Yanvar  ayından bu yana tətbiq edilən hasilatın azaldılması müqaviləsinin yenidən gözdən keçirəcəkləri gözlənilir.
 

Hesabatda, Venesuelanın neft hasilatındakı kəskin azalma və İran üzərindəki sanksiyalar səbəbindən əhəmiyyətli neft istehsalçısı ölkələrin gələn il xam neft hasilatını artıra biləcəyi vurğulanıb.
 

EIA, ABŞ-ın 2018 və 2019-cu illərədair  xam neft hasilat proqnozlarını da dəyişib.
 

ABŞ-ın bu ilə dair xam neft istehsal gözləntisi gündəlik orta hesabla 100 min barrel artırılarkən, gələn ilə dair xam neft istehsal gözləntisi isə gündəlik orta hesabla 100 min barel azaldılıb.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Hesabata görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olmasının nəzərdə tutulur.
 

EIA, may ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2018-də 10,7 milyon barrel, 2019-da isə 11,9 milyon barel olaraq təxmin etmişdi.

13 İyun 2018 , 22:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin