Fed sədri açıqlamalar verdi

ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Pauell, Fed-in faiz qərarından sonra açıqlamalar verib.
 

Pauell, "Fed faizi daha çox mərhələli artıracağını gözləyir. Gələn il və ya sonra faiz nisbətləri neytral səviyyəyə yaxınlaşacaq. Son inflyasiya göstəricisi cəsarətvericidir. İnflyasiya məsələsində qələbə elan etmək istəmirik. Amma iqtisadi artım üçün mənzərə müsbət qalmaqda davam edir"- deyib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Pauell, "Martdan bəri inflyasiyaya baxışımızı dəyişdirəcək bir şey olmadı. İnflyasiyanın 2 faiz ətrafında simmetrik (2%-dən aşağı və ya yuxarı) qalacağını gözləyirik. Ümid edirik ki, inflyasiya daha da artacaqdır" deyib. 

 

İqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu vurğulayan Pauell, işsizliyn olduqca aşağı səviyyələrdə olduğuna diqqət çəkib.
 

"Hər iclasda siyasəti yenidən qiymətləndiririk. İqtisadi şərtlər önəmlidir", deyib.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Faizlərin çox yavaş, ya da çox sürətlə artırmağın zərərli ola biləcəyini vurğulayan Pauell, Fed-in açıq fikirli olub məlumatları təqib etməyə davam etdirəcəyini sözlərinə əlavə edib.

 

Ticarət siyasəti narahatlıqları artır
 

ABŞ-ın ticarət siyasətinə dair narahatlıqların artdığına diqqət çəkən sədr Pauell, spesifik ticarət hərəkətlərini şərh etməyəcəyini söyləyib.

 
Ticarət siyasətinin təsirlərinin hələ rəqəmlərdə görülmədiyini deyən Pauell, ticarət siyasətlərinin hazırda "yalnız risk" olduğunu bildirib.
 

Maliyyə tərəfdəki vergi güzəştlərinə dair danışan Fed sədri, "Vergi güzəştlərindən bir təsir görməyi ümid edirik" deyib.

 
Maaşların mərhələli olaraq artırmaqda davam etdiyini deyən Pauell, "Maaşlarda daha sürətli bir artım gözləyirdim",- deyib.
 

Pauell, "Aktiv (qiymətli kağızlar) qiymətlərinə dair bir sıra narahatlıqlar var",- deyib.

 

Bu gün Fed maliyyələşmə faizini 25 bənd artıraraq 1.75 -2.00 faiz aralığına qaldırıb.  Daha ətraflı: http://marja.az/news/26255 

13 İyun 2018 , 22:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin