Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdir. 

 

Reklam_3_11

Faiz dəhlizinin parametrləri haqda qərar son makroiqtisadi proseslərin təhlili və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. 2018-ci ilin ötən dövründə inflyasiya elan edilmiş hədəf diapozonundan aşağı səviyyədə qərarlaşmış, dünya enerji daşıyıcıları bazarında əlverişli qiymət trayektoriyası fonunda tədiyə balansı profisitli olaraq qalır və iqtisadi aktivlik üzrə müsbət dinamika davam edir. Son makroiqtisadi proqnozlar göstərir ki, qarşıdakı dövrdə monetar şəraitin normallaşma dinamikası xarici və fiskal sektorda gedən proseslərdən asılı olacaqdır.

 

Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə almışdır. 

 

İnflyasiya prosesləri. İnflyasiyanın azalması prosesi davam edir. 2018-ci ilin 5 ayında orta illik inflyasiya 3.2% təşkil etmişdir. Dövr ərzində əhalinin nominal gəlirlərinin artım tempi qiymətlərin ümumi səviyyəsinin artım tempini üstələmişdir.

 

İnflyasiya manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması kimi amillərin təsiri altında azalır. Əlavə olaraq may ayından başlayaraq mövsümi amillər də inflyasiyanın azalmasını dəstəkləyir. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər göstərir ki, inflyasiya gözləntiləri son illərin minimumuna enmişdir.

 

Son proqnozlar makroiqtisadi meyillərin cari dinamikasının saxlanması halında 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə və hədəf intervalında qalacağını göstərir. İnflyasiyanın başlıca risklərinə əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, yerli istehsal xərclərinin artması, fiskal genişlənmə və bu əsasda məcmu tələbin artması, məzənnə və inflyasiya gözləntilərinin assimmetrik həssaslığı aiddir.

 

Xarici şərait. Tədiyə balansı göstəricilərinin yaxşılaşması davam edir. I rübdə cari əməliyyatlar hesabında ÜDM-in 15.4%-i səviyyəsində profisit formalaşmışdır. Xarici sektorda pozitiv meyillər II rübdə davam edir. 2018-ci ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət balansının müsbət saldosu 2.1 dəfə, ixrac 65.8%, qeyri-neft ixracı 14.2% artmışdır. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşmasının başlıca amilidir.

 

Ticarət balansı ilə yanaşı xidmətlər balansında da yaxşılaşma davam edir. I rübdə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalmış, turizm xidmətləri balansında müsbət saldo qorunmuşdur. Pul baratlarının dinamikası da ölkənin xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərmişdir.

 

Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam etmişdir.

 

Son proqnozlara görə 2018-ci ilin sonuna tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Ortamüddətli dövrə isə tədiyə balansı üçün başlıca təhdidlər beynəlxalq enerji daşıyıcıları bazarındakı qeyri-müəyyənliklər, habelə məcmu tələbin genişlənməsi və partnyor ölkələrdəki məzənnə ucuzlaşmalarının təsiri ilə idxalın yüksək templə artmasıdır.  

 

İqtisadi aktivlik. İqtisadi aktivlikdə pozitiv dinamika 2018-ci ildə də davam etmişdir. 2018-ci ilin yanvar-may aylarında iqtisadi artım 1.1% olmuş, o cümlədən qeyri-neft sektorunda 1.9%-lik iqtisadi artım baş vermişdir. İqtisadi artım qeyri-neft sənayesində 8.1%, kənd təsərrüfatında 8.6% təşkil etmişdir. Xarici tələbin və dövlət investisiyalarının artması qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyən başlıca amillərdir. İstehlakçı inamı göstəricilərinin yaxşılaşması, əhali gəlirlərinin yüksəlməsi və pərakəndə kreditləşmənin tədricən bərpası da iqtisadi aktivliyə artırıcı təsir edir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinin nəticələri də ötən illə müqayisədə iqtisadi aktivliyin artdığını təsdiq edir. Məcmu buraxılış kəsiri və iqtisadi artımın potensial səviyyəsi üzrə qiymətləndirmələr iqtisadi aktivlikdəki yüksəlişin hələ ki, inflyasiyanı yüksəltmədiyini göstərir. 

 

Son proqnozlar 2018-ci ilin sonuna iqtisadi artımın davam edəcəyini göstərir. Orta və uzunmüddətli perspektivdə ölkədə iqtisadi artımın yüksələrək qlobal iqtisadi artım tempini üstələməsi makroiqtisadi sabitliyin qorunmasından və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətindən asılı olacaqdır. 

 

Monetar şərait. 2018-ci ildə monetar şərait neytrallığa yaxınlaşmaq istiqamətində dəyişmişdir. Monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət etmişdir. 

 

İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirmişdir. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3% azalmışdır ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırmışdır. Kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır.   

 

İnflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam etmişdir. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalmışdır.

 

Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcəkdir.  

 

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcəkdir. 

 

10:00

XXX 2018-ci ilin iyun ayının 14-də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakirə edib.

 

"Marja"nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 İyun 2018-ci il tarixində uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirib (aşağı həddi 8%, yuxarı həddi 12%).

 

Beləliklə, Mərkəzi Bank 2018-ci ildə 3-cü dəfə faiz endirdi.

 

Faiz dəhlizinin aşağı həddi dəyişmir. Depozit və not hərracların hələ də banklar üçün sərfəli qalacaqdır. 

 

Mərkəzi Bankın İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.Mərkəzi Bankın İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən isə uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdi.

 

Mərkəzi Bankın faiz qərarından sonra Sədr Elman Rüstəmov keçirdiyi mətbuat konfransında açıqlamalar verir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN


Elman Rüstəmovun çıxışından əsas başlıqlar:

 

-İnflyasiya daha da aşağı düşüb.

- İqtisadi aktivlik davam edir,

-Ölkənin valytuta ehtiyatları artıb,

-İqtisadi artımın yüksəlməsi inflyasiyanın yüksəlməsinə təsir etmir,

-Dövlət investisiyaları iqtisadi artım tempinə dəstək verir,

-Növbəti dəfə faiz dəhlizinin parametrləri Avqust ayında müzakirə ediləcəkdir,

Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında dəyişən faiz dərəcələri ilə aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:

 

Yenidənmaliyyələşdirmə kreditləri. Mərkəzi Bank tərəfindən birbaşa və ya dolayı hərraclar vasitəsilə 30 gün müddətinədək təminatlı əsasda yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən aşağıdakı müddətlərdə hərracdankənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər:

 

-360 gün müddətinədək Mərkəzi Bankın uçot dərəcəsi ilə;

 

-360 gündən yuxarı müddətə Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi şərtlərlə.

 

Xəbər yenilənəcək....

14.06.2018 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ