Depozit və not hərracı banklar üçün sərfəli olaraq qalacaq - QƏRAR

Mərkəzi Bankın depozit və not hərracı banklar üçün sərfəli olaraq qalacaqdır.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 İyun 2018-ci il tarixində uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirib (aşağı həddi 8%, yuxarı həddi 12%).

 

Bundan əvvəl, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə (əvvəlki 11%-ə) simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdi (aşağı həddi 8%, yuxarı həddi 14%).

 

Faiz dərəcəsinin aşağı salınması ilə bərabər, diapazon göstəricisinin də aşağı salınması faiz dərəcəsinin aşağı həddini dəyişmir.

 

"Marja" xəbər verir ki, bu gün Mərkəzi Bankın uçot dərəcəsini 11%-dən 10%-ə endirməsi, depozit və not hərraclarında faizin 8,1%-10,99% aralığından 8,1%-9,99% aralığına düşəcəyi deməkdir. Çünki depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Uçot dərəcəsinin endirilməsilə faiz dərəcəsinin aşağı həddi.

 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək gəlir götürürlər. Hərraclarda tələb təklifi ən azı 2 dəfə üstələyir. Bankların tələbi Mərkəzi Bankın elan etdiyi təklifdən çox olduğundan hərraclarda faiz dərəcəsi aralığın aşağı səviyyəsində - 8,01% təşkil edir. 

14 İyun 2018 , 10:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin