Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft Fondundan büdcəyə köçürmənin artması Dollara təsir edəcək? - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondundan büdcəyə köçürmənin artması Dollara təsir edəcək? - AÇIQLAMA

"Dövlət Neft Fondundan büdcəyə transfertlərin artırılması valyuta bazarına təsir etməyəcək".

 

“Marja”nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

“Biz artan xərclərin strukturunu bilirik. Bu xərclər investisiyalar ilə bağlıdır. Bu investisuyalar üzrə xərclərin bir hissəsi də xarici valyuta ilədir. Bu səbəbdən Neft Fondundan büdcəyə köçürmələrin artması valyuta bazarına təsir etməyəcəkdir ”.

 

Qeyd edək ki, Dövlət Neft Fondu vəsaitlərin bir hissəsini valyuta hərraclarında satır.

 

Xəbər verdiyimiz kimi, 2018-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi artırılır.

 

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

 

Layihəyə əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 milyard 966 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard  750 milyon manat və 19% çoxdur.

 

Bundan əvvəl 9 milyard 216 milyon manat köçürmə nəzərdə tutulmuşdu.

14.06.2018 08:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ