Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 milyard manata çatdırmışdır.

 

Şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artmış, 2,09 milyard manata yüksəlmişdir. SOCAR 2016-cı ildə 350 milyon manat xalis mənfəət əldə etmişdi.

 

SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək , 61,3 milyard AZN-ə çatdırmışdır.Ümumilikdə hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələmişdir. 2017-ci ildə SOCAR-ın daha yüksək maliyyə nəticələrinə nail olması əsasən aşağıdakı amillərlə bağlıdır: 



- 2017-ci ildə SOCAR üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 3 dəfəyə qədər artırmış, nəticədə şirkətin ümumi ticarət dövriyyəsi 2 dəfədən çox yüksəlmişdir; 

- neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilmişdir; 

- dünya bazarlarında xam neftin qiyməti əvvəlki ilə nisbətən 25-30 faiz civarında yüksəlmişdir; 

- SOCAR Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yataqlar blokunun əməliyyatçısı olan ABƏŞ-də öz payını artırmışdır. 



Digər tərəfdən SOCAR-ın AÇG-dəki payının artması, “SOCAR Georgia Energy” şirkətindəki payının 75,5 faizə yüksəlməsi, eləcə də neft qiymətlərinin artması fonunda xammal və investisiya xərclərinin artması kimi faktorlar, təbii olaraq, şirkətin ümumi xərc və öhdəliklərinin artmasına səbəb olsa da, şirkətin ümumi aktivlərinin artımı ümumi öhdəliklərin artım tempindən yüksək olmuşdur. Belə ki, SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 milyard AZN təşkil etmişdir. 


SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2017-ci ildə əldə edilən göstəriciləri qiymətləndirərək demişdir: “Ötən ilin maliyyə nəticələri bunu göstərir ki, SOCAR artıq qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyə bilmişdir. Bu yüksək göstəricilər Azərbaycan neftçilərinin peşəkarlığı, fədakarlığı və işə məsuliyyətli yanaşması sayəsində əldə olunmuşdur. SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da, SOCAR olaraq, həyata keçirdiyimiz davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir”. 


SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirmişdir: “Son illərdə SOCAR apardığı fəal maliyyə əməliyyatları nəticəsində kənardan sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmiş və bunun sayəsində bir çox yeni layihələri həyata keçirməyə nail olmuşdur. Artıq bu il SOCAR-ın 6 nəhəng layihəsi istismara verilir. Təbii ki, əvvəlki illərdə həmin layihələrlə bağlı götürülən maliyyə öhdəliklərinin artımı nəzərə çarpırdısa, yaxın gələcəkdə biz alınan vəsaitlərin gətirdiyi bəhrələri daha açıq şəkildə görəcəyik. Hazırda SOCAR-ın aktivləri şirkətin maliyyə öhdələklərini üstələyir və bu müsbət fərq təqribən 22 milyard AZN təşkil edir”. 



Əvvəlki illərdə olduğu kimi beynəlxalq audit şirkəti olan Ernst & Young Holdings (CIS) B.V. SOCAR-ın 31.12.2017-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına müsbət rəy vermişdir. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci ildə aparılmış əlavə tədbirlər nəticəsində audit rəyinin təxminən 1 ay əvvəl alınmasına nail olunmuşdur. 


Son 10 ildə SOCAR-ın ümumi gəlirləri 20 dəfəyə yaxın, xalis mənfəəti isə 4 dəfədən çox artmışdır. Qeyd edilən dövrdə şirkətin ümumi aktivləri 5 dəfəyə yaxın yüksəlmiş, o cümlədən, cari aktivləri təqribən 8 dəfə, uzun müddətli aktivləri isə 4 dəfə artmışdır. SOCAR-ın 2017-ci il üzrə Konsolidasiya edilmiş maliyyə hesabatlarına bu keçiddə baxa bilərsiniz.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

14.06.2018 09:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ