Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan iqtisadiyyatı sürətini azaldır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı sürətini azaldır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən1,1 faiz artaraq 29 milyard 294  milyon manata çatmışdır.

 

Reklam_3_11

2018-ci ilin yanvar-aprel aylarında ölkə rezidentləri tərəfindən 22 milyard 969 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi. 2018-ci ilin yanvar-mart aylarında isə ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17 milyard185,1 milyon manata çatmışdı.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ilk 5 ayda tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8 faiz, informasiya və rabitə sahələrində 6,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, digər xidmət sahələrində və həmçinin sənayedə 0,9 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.

 

İlk 5 ayda ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil etmişdir.

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artmış, neft sektorunda isə eyni səviyyədə qalmışdır.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olmuşdur.

14.06.2018 09:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ