SOCAR pulunu Dollarda saxlayır

SOCAR banklardakı vəsaitlərinin 80%-ni dollarda yerləşdirib


 

Ötən il SOCAR-ın banklarda yerləşdirdiyi pul və pul vəsaiti ekvivalentlərinin, o cümlədən depozitlərin həcmi açıqlanıb.

 

SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatında bildirilir ki, 2016-cı illə müqayisədə ötən il dövlət şirkətinin banklarda yerləşdirdiyi pul vəsaitləri 25% artaraq 5,217 mlrd. manat təşkil edib.

 

Hesabatda bildirilir ki, qeyd olunan pul vəsaitinin 4,167 mlrd. manatı ABŞ dolları, 461 mln. manatı Azərbaycan manatı, 100 mln. manatı avro, 213 mln. manatı lirə, 129 mln. manatı İsveçrə frankı, 135 mln. manatı digər valyuta ekvivalentlərindədir. Bundan başqa, şirkətin 12 mln. manat nağd pul vəsaiti var. Başqa sözlə, SOCAR banklardakı vəsaitlərin 80%-ni dollarda yerləşdirib.

 

Depozitlərə gəlincə, 2017-ci ilin 31 dekabr tarixinə SOCAR-ın bank hesablarında yerləşdirilən depozitlərin həcmi 218 mln. manat təşkil edib. Qeyd olunan depozit 6 aydan 1 ilə qədər illik 1 - 6% olmaqla yerləşdirilib. 2016-cı ildə yerləşdirilən 1 mlrd. 39 mln. manat həcmində depozit isə illik 2,5 - 6% olmaqla bir illik yerləşdirilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© APA

14 İyun 2018 , 13:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin