Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bank Respublikadan növbəti xeyriyyə aksiyası!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublikadan növbəti xeyriyyə aksiyası!

Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır.Bununla əlaqədar olaraq Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgənövbəti sosial aksiyasını həyata keçirdi.

 

Bu dəfə BankSahil qəsəbəsində yerləşən "Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi"nin nəzdində olan Bərpa və Sosioloji mərkəzdə müalicə alan uşaqları bayram münasibətilə təbrik etdi və bank tərəfindən hazlırlanmış bayram sovqatları təqdim etdi.Bankın və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətin nümayəndələri görüşə qatılan 40 yaxın ailəni salamladı, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik etdi və bərpa mərkəzində müalicə alan övladlarına şəfa dilədi.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və ailələrə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət idi.

 

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasətiçərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

14.06.2018 12:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ