NIKOIL | Bank - dan bayram iftarı

 

Müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar 13 iyun tarixində NIKOIL | Bank -ın təşəbbüsü ilə Bilgə qəsəbəsində yerləşən "Leyla xanım" piri nəzdində məsciddə ənənəvi bayram iftarı təşkil olundu.

 

Müsəlman təqvimində “on bir ayın sultanı” sayılan Ramazan ayı Azərbaycan xalqı üçün də müqəddəsdir. Oruc tutmaq islam dininin beş ən vacib əməllərindən biridir və insan sağlamlığı üçün çox böyük faydası var.

 

Duaların oxunması ilə başlanan və axşam namazının qılınması ilə yekunlaşan tədbirdə sıralarında həm qadın, həm də kişi olan 200 nəfərdən artıq oruc tutan insan iştirak etdi. İftar iştirakçıları dini dəyərlərə ayrılan diqqəti yüksək dəyərləndirib, göstərilən təşəbbüsə görə minnətdarlıqlarını bildirdilər.

 

NIKOIL | Bank –ın rəhbərliyi bütün müsəlmanları müqəddəs Ramazan bayram münasibətilə ilə təbrik edir və hər kəsə sağlamlıq, səadət və firəvanlıq arzu edir.

14 İyun 2018 , 13:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin