Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avronun ucuzlaşması 1%-ə çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avronun ucuzlaşması 1%-ə çatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avro/dollar məzənnəsi, Avropa Mərkəzi Bankının (AMB) İyun ayı iclasının ardından bugünkü yüksəlişini geri verərək düşüb.
 

"Marja" xəbər verir ki, Avro, dollar qarşısında gün ərzində 1.1851-ə qədər yüksəlmişdi. AMB-nin qərarının ardından məzənnə 0.55 faiz geriləyərək 1.1722 səviyyəsini gördü.

 

Bakı vaxtı ilə saat 17:14-də isə məzənnə 1.1679 səviyyəsinə düşüb. Avronun Dollar qarşısında ucuzlaşması 1%-ə çatıb.
 
 
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

AMB İyun ayı toplantısında gözləndiyi kimi faizləri dəyişdirmədi. Bank uçot dərəcəsini 0.00 faiz səviyyəsində, depozit faizini də mənfi 0.40 faiz səviyyəsində saxladı.
 
 
Bank mövcud faizlərin ən azı 2019-un yazına qədər davam edəcəyini bildirib.
 

Xalis aktiv (qiymətli kağızlar) alışları Dekabra qədər başa çatacaq. Bank xalis alışların Dekabr ayına qədər mərhələli olaraq sona çatdırılacağını bildirib.

 

AMB, 2018-ci il üzrə Avro Bölgəsi iqtisadi artım proqnozunu aşağı salıb.
 

Avropa Mərkəzi Bankı Avro Bölgəsinin 2018-ci ilə dair iqtisadi artım proqnozunu  2.4%-dən 2.1%-ə endirib.
 

Bank, 2019-cu il üçün iqtisadi artım proqnozunu isə 1.9%-də saxlayıb.

14.06.2018 14:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ