Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərişıq" mənfəətlə işləməyə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərişıq" mənfəətlə işləməyə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərişıq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 milyard 55,11 milyon manat təşkil edib.

 

Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,4% azdır.

 

2017-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 10,6% artaraq 1 806,212 mln. manata çatıb, qısamüddətli aktivləri isə 66,4% azalaraq 248,898 mln. manata düşüb.

 

Hesabat dövründə “Azərişığ”ın cəmi öhdəlikləri 53,6% azalaraq 461,951 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 60,45% azalaraq 322,399 mln. manat, qısamüddətli öhdəlikləri isə 22,9% azalaraq 139,552 mln. manat, cəmi kapitalı isə 15,6% artaraq 1 593,159 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 64,9% artaraq 1 460,634 mln. manat olub.

 

63,8 MİLYON MANAT MƏNFƏƏT

 

Ötən il səhmdar cəmiyyətin elektrik enerjisinin satışından gəliri 1 206,296 mln. manat (əvvəlki ilə nisbətən 25,8% çox), satışının maya dəyəri 1 065,926 mln. manat (20,3% çox), digər əməliyyat gəlirləri 14,295 mln. manat (11,4% az), kommersiya xərcləri 32,978 mln. manat (13,6% çox), inzibati xərcləri 20,983 mln. manat (73,7% çox), digər əməliyyat xərcləri 90,53 mln. manat (58,4% çox), sair gəlirləri 26,316 mln. manat (3,1 dəfə çox), maliyyə fəaliyyətindən gəliri 3,117 mln. manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 24,217 mln. manat (əvvəlki il mənfəət vergisi ödəyib) təşkil edib. Son nəticədə “Azərişıq” 2017-ci ili 63,823 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2016-cı ildən 25,636 mln. manat xalis zərərlə çıxmışdı. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© “Report”

14.06.2018 15:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ