Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft 4 faizə yaxın ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft 4 faizə yaxın ucuzlaşdı

Neft qiymətləri qlobal bazarda təklifin artacağı həyəcanı ilə həftənin son iş günündə 4%-ə yaxın ucuzlaşıb.
 

"Marja" xəbər verir ki, Dünya üzrə ən geniş istifadə edilən Brent növü xam neftin barrel qiyməti Cümə axşamı günü 75,94 dollardan bağlanmasının ardından Cümə günü 3,8% azalma ilə 73,07 dollara qədər geriləyib.
 

ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti də Cümə axşamı günü 66,89 dollardan bağlanmasının ardından Cümə günü 64,29 dollara qədər geriləyərək 3,9% ucuzlaşıb.
 

Mütəxəssislər, gələn cümə günü Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) iclasına işarə edərək, kartelin ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının və OPEC-ə daxil olmayan Rusiyanın hasilatlarını artırmaq qərarı verə biləcəklərinə diqqəti çəkirlər.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Analitiklər, Səudiyyə Ərəbistanı və Rusiyanın xam neft hasilatlarını artırmaları vəziyyətində qlobal bazarda təklifin yenidən artacağı barədə xəbərdarlıq edərək, bunun neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərəcəyini vurğulayırlar.

 

Səudiyyə Ərəbistanı liderliyində OPEC ölkələri və Rusiyanın daxil olduğu bəzi OPEC xaricindəki ölkələr, qlobal neft bazarındakı təklif artığını azaltmaq üçün 2017-ci ilin yanvar ayından hasilatlarını azaltmaq qərarı vermişdilər.
 

Sözügedən müqavilənin müddəti bu il sonunda başa çatacaq.

16.06.2018 08:43

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ