Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft qiymətləri daha da düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri daha da düşdü

Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı artırıb-artırmamaq məsələsində digər istehsalçılarla "mübarizəyə" hazırlaşması, Çin və ABŞ-ın xarici ticarət məsələlərində bir-birini təhdid etməsi ilə neft qiymətləri düşür. 


 

İran, Venesuela və İraq, OPEC və tərəfdaşlarının bu həftə Vyanada keçirəcəyi iclasda, Səudiyyə Ərəbistanı və Rusiyanın dəstəklədiyi istehsalın artırılması təklifini "blok" edəcəklərini bildiriblər.


"Marja" xəbər verir ki, Çin, ABŞ Prezidenti Donald Trampın, Çindən idxala 50 milyard dollar məbləğində əlavə vergi tətbiq etməsinə etiraz olaraq xam neft və benzin daxil müxtəlif ABŞ məhsullarına gömrük vergisi tətbiq edəcəyini bildirib.
 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Səudiyyə Ərəbistanı və Rusiya, qiymətlərinin yüksəlməsinə səbəb olan istehsalın azaldılması müqaviləsini mərhələli olaraq dayandıracaqlarını bəyan ediblər. Bu açıqlama, May ayının sonlarından bu yana neft qiymətlərinin 10 faiz düşməsinə səbəb olub. Digər tərəfdən, dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsinin daha da böyüməsi təhdidi mövcuddur.
 
 

1 GÜNƏ KREDİT ALIN!

 

Analitiklər bildirirlər ki, ABŞ və Çin cavab qaytarmalara davam edərsə, Səudiyyə Ərəbistanı və Rusiya istehsalı artırmağa qərar verərlərsə, qiymətlər daha da aşağı düşəcəkdir.
 

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 2% ucuzlaşaraq bareli 63.82 dollara, Brent nefti 1% də düşərək bareli 72,76 dollara qədər enib 

18.06.2018 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ