Azərbaycanda yeni ödəniş sistemi işə salınır
Azərbaycanda yeni ödəniş sistemi - Paymanat (paymanat.az) işə salınır. Bu barədə şirkətdə bildiriblər.
Şirkətdən bildirilib ki, yaxın günlərdə ödəmə sisteminin prosessinq mərkəzi rolunda çıxış edəcək Expressbank ASC ilə müqavilə imzalanacaq:
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
"Yaxın üç həftə ərzində Paymanat sisteminə mobil və stasionar rabitə, kommunal xidmətləri və s. ödəmə servisləri inteqrasiya olunacaq. Bununla yanaşı ay ərzində Android və iOS əməliyyat sistemləri üzərində çalışan qurğular üçün Paymanat mobil tətbiqi işə salınacaq".
Bundan başqa, şirkət bildirib ki, istifadəyə Paymanat plastik kartları da veriləcək: "Bu kartları Expressbank ASC filiallarına müraciət edərək əldə etmək mümkün olacaq. Hal-hazırda test etmək üçün məhdud sayda kart buraxılıb."
Paymanat kartı elektron pul kisəsi ilə birləşdiriləcək, bu da öz növbəsində qeydiyyatdan keçmiş istifadəçilərə virtual hüsab açmaq imkanını yaradacaq.
Elektron pul kisəsinin balansını MilliÖN və eManat terminalları vasitəsi ilə artırmaq mümkün olacaq.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
40 d. əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
-
1 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
4 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir