Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“İnci Group of Companies”dən Milli Qurtuluş Gününə özəl veloyürüyüş

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnci Group of Companies”dən Milli Qurtuluş Gününə özəl veloyürüyüş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ulu Öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. 

 

Reklam_3_11

Ulu öndərimiz həmişə qeyd edirdi ki, biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.

 

"Inci Group of Company", "Ofisait" mağazalar şəbəkəsi və "Fonte" velosipedlərinin dəstəyi ilə 16 İyun veloyürüyüş keçirmişdir. Yürüyüşdə "Inci Group of Company"nin, "Ofisait" mağazalar şəbəkəsinin əməkdaşları, eyni zamanda bir sıra incəsənət nümayəndələri də iştirak etmişdir.  Veloyürüş Ağ şəhər bulvarında həyata keçirilib və uğurla baş vuran iştirakçılara hədiyyələr təqdim olunmuşdur.

 

Qeyd edək ki, "Inci Group of Company" LLC fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlayıb. “Ofisait” şirkətinin brendləri olan “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “FRAUZEN”, “HANSBUR”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.

 

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

18.06.2018 08:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ