Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Güclü külək və leysan ciddi fəsadlar törədib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü külək və leysan ciddi fəsadlar törədib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 17-də axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı, Kürdəmir və Ağsu rayonlarında ciddi fəsadlar törədib.

 

Reklam_3_11

İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, güclü külək və yağış Çəmənli kənd sakini Eminov Natiq Şakir oğluna məxsus 60 kvadratmetrlik evin, Qalınçaq kənd sakini Əzizov Mövsüm İsmayıl oğluna məxsus mal tövləsinin dam örtüyünü dağıdıb. Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikilinin damı uçub.

 

Habelə rayonun Cülyan kənd sakini Feyzullayev Anar Ramiz oğluna məxsus avtomobilin üzərinə ağac aşıb.

 

Təbii fəlakət Qoydan kəndi ərazisindəki torpaq sürüşməsini aktivləşdirib. Tircan və Maçaxı kənd yolunu sel suları dağıdıb. 66 kəndlə elektrik verilişi kəsilib. Su xəttinə də ciddi ziyan dəyib, 20 kəndə su verilişi dayanıb.

 

Rayonun taxıl sahələrinə də ciddi ziyan dəyib.

 

Güclü külək və leysan yağışları Kürdəmir rayonunda da bir sıra ərazilərdə, o cümlədən Böyük Kəngərli, Qarasaqqal, Cəyli və Şabəyli kəndlərində ciddi fəsadlar törədib.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ən çox zərər Böyük Kəngərli kəndinə dəyib. Belə ki, ilkin məlumata görə, 30-dan çox fərdi yaşayış evinin və digər tikililərin dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb, hasarlar uçub.

 

Əksər kəndlərdə elektrik enerjisinin verilişi kəsilib. Hazırda ayrı-ayrı yaşayış məntəqələri üzrə dəyən zərər dəqiqləşdirilir.

 

Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından isə bildiriblər ki, ən çox zərər Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə dəyib. İlkin məlumata görə, 70-dən çox evin dam örtüyü dağılıb. Güclü külək meyvə ağaclarına da zərər verib. Xeyli ağac kökündən qopub.

 

Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisi kəsilib.

 

İyunun 18-i səhər saatlarından hər üç rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

18.06.2018 09:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ