Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq”

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

 

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, təlim-məşqlə əlaqədar olaraq iyunun 24-dən etibarən paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Yəni avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilir.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Həmçinin Azadlq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən hərəkət yalnız sağa - Rəşid Behbudov küçəsi istiqamətinə, eləcə də Puşkin, Üzeyir Hacıbəyov küçələri kəsişməsindən hərəkət sağa - Azadlıq prospekti istiqamətində, eyni zamanda Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə sola, yəni 28 May küçəsi istiqamətində müəyyənləşdirilir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Sürücülərə qeyd edilən istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.

19.06.2018 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ