Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qlobal qaz ixracı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal qaz ixracı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2016-cı illə müqayisədə 5,8 faiz artaraq təxminən 1 trilyon 134 milyard kubmetrə yüksəlib.
 

"Marja"nın "British Petroleum"un (BP) Hesabatından yığdığı məlumata görə, ötən il dünya üzrə qaz satışlarının 65%-i boru kəmərləri vasitəsilə, 35%-i isə mayeləşdirilmiş şəkildə (LNG)  həyata keçirilib.
 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Hesabata görə, 740 milyard 700 milyon kubmetr qaz boru kəmərləri, 393 milyard 400 milyon kubmetr də LNG olaraq satılıb.
 

Qlobal enerji bazarlarında ötən il qaz ixracı əvvəlki illə müqayisədə 5,8 faiz artımla təqribən 1 trilyon 134 milyard kubmetrə qalxıb. Bu miqdar 2016-da 1 trilyon 71 milyard kubmetr təşkil edirdi.
 

BORU XƏTTİNDƏ RUSİYA, LNG-DƏ QƏTƏR LİDERDİR
 

Ötən il dünyada kəmərlər ilə qaz ixracında 215 milyard 400 milyon kubmetrlə Rusiya ilk yeri tutub. Rusiyanın ardından 109 milyard 200 milyon kubmetrlə Norveç ikincidir.
 

Almaniya 94 milyard 800 milyon kubmetrlə 2017-də kəmərlərlə ən çox qaz alan ölkə mövqeyindədir. Almaniyanın ardınca 80 milyard 700 milyon kubmetrlə ABŞ yer alır.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Sözügedən dövrdə qlobal bazarda ən çox LNG satışı həyata keçirmiş ölkə 103 milyard 400 milyon kubmetrlə Qətər olub. Qətərin ardından 75 milyard 900 milyonluq satışla Avstraliya ikinci yeri tutub.
 

Ötən il ən çox LNG alan ölkə 113 milyard 900 milyon kubmetrlə Yaponiya olub. Bu ölkənin ardınca 52 milyard 600 milyon kubmetr LNG alan Çin gəlir.

20.06.2018 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ