Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"General Electric" "Dow Jones" İndeksindən çıxarıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"General Electric" "Dow Jones" İndeksindən çıxarıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın köklü şirkətlərindən biri olan və 126 il əvvəl Tomas Edison tərəfindən yaradılmış "General Electric"in "Dow Jones" (Dou Cons) Sənaye İndeksindən çıxarıldığı bildirilib.
 

"Marja" xəbər verir ki, "Dow Jones" Sənaye İndeksinin fəaliyyətini təmin edən  "S&P Dow Jones Indices" adlı şirkətdən bildiriblər ki, indeksdəki 30 şirkət arasında, 26 İyun Çərşənbə günündən etibarən artıq "General Electric" yer almayacaq.
 

Reklam_3_11

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

ABŞ iqtisadiyyatının son əsrdə dəyişikliyə uğradığının qeyd edildiyi açıqlamada, ölkə iqtisadiyyatında daha çox istehlakçı, maliyyə, səhiyyə və texnologiya sahələrindəki şirkətlərin önə çıxdığına diqqət çəkilib.
 

Açıqlamada, "Dow Jones" Sənaye İndeksində "General Electric"in yerinə ABŞ-ın ən böyük ikinci aptek şəbəkəsi olan "Walgreens"in sahibi olan "Walgreens Boots Alliance" adlı şirkətin keçəcəyi qeyd edilib.
 

"Walgreens Boots Alliance"ın səhminin dəyərinin daha yüksək olduğuna işarə edilən açıqlamada, bu şirkətin "Dow Jones" Sənaye İndeksinə daha mənalı töhfə verəcəyi, Amerika iqtisadiyyatı və bazarlarını daha yaxşı təmsil edəcəyi vurğulanıb.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Açıqlamanın ardından, Nyu-York Birjasının bağlanmasından sonra keçirilmiş məhdud əməliyyatlarda, "General Electric"in səhminin qiyməti 2,1 faiz düşərək 12,68 dollara qədər geriləyib və şirkətin bazar dəyəri 111 milyard dollar olub.
 

Nasdaq Texnologiya İndeksində ticarət olunan "Walgreens Boots Alliance"ın səhminin dəyəri isə 4,4 faizə dəyər qazanaraq 67.45 dollara yüksəlib və şirkətin bazar dəyəri 66,5 milyard dollar olub.
 

1907-ci ildən bu yana "Dow Jones" Sənaye İndeksində yer alan və 111 il indeksdə fasiləsiz ən uzun müddətli ticarət olunan "General Electric"in səhmləri keçən il  45% ucuzlaşıb.

20.06.2018 04:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ