Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu günədək 451 ton tədarük olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu günədək 451 ton tədarük olunub

“Azəripək” MMC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 451 ton yaş barama qəbul olunub.

 

MMC-dən  bildiriblər ki, barama tədarükündə Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 53 ton 764 kiloqram yaş barama təhvil veriblər. Zaqatala rayonunda bu günədək 40 ton 862 kiloqram, Füzuli rayonunda 37 ton 569 kiloqram, Ağcabədidə 37 ton 127 kiloqram, Şəkidə isə 32 ton 193 kiloqram yaş barama tədarük olunub.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Qeyd edək ki, 2018-ci ildə Çindən müqavilə əsasında 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-də və 24-də Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-dən 29-dək bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə, mayın əvvəllərində isə dağlıq və dağətəyi zonalarda yerləşən 17 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb.

 

Cari ildə Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

20.06.2018 04:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ