Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

S&P-dən ABŞ və Çinə xəbərdarlıq!

iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P-dən ABŞ və Çinə xəbərdarlıq!

Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's" (S&P), ABŞ ilə Çin arasında ticarət sahəsində artan gərginliklə bağlı xəbərdarlıqlar edib.
 

"Marja" xəbər verir ki, S&P-dən verilən açıqlamada, ABŞ ilə Çinin bir-birilərinə gömrük tarifi tətbiq etməsinin hər iki ölkənin iqtisadiyyatlarını böyük miqyasda mənfi təsir etməsinin gözlənilmədiyi, ancaq bu kommersiya ziddiyətinin gömrük tarifləri sahəsinin xaricinə yayıla biləcəyi vurğulanıb.
 

Reklam_3_11

Açıqlamada, cümə günü ABŞ-ın Çindən idxal etdiyi 50 milyard dollar dəyərində sənaye üçün əhəmiyyətə malik texnologiya məhsullarına 25 faiz gömrük tarifi tətbiq edəcəyini bildirdiyi, buna cavab olaraq Çinin də ABŞ-dan idxal etdiyi dəyəri 50 milyard dollar təşkil edən 659 məhsula 25 faiz gömrük tarifi tətbiq edəcəyini bildirdiyi xatırladılıb.
 

ABŞ Prezidenti Donald Trampın, Çinə, daha əvvəl açıqladığı tariflərə cavab tədbirlərilə qarşılıq verməsi səbəbilə daha 200 milyard dollarlıq əlavə gömrük vergisi tətbiq edilməsi göstərişini verdiyinə işarə edilən açıqlamada, buna Çinin də cavab verəcəyi qeyd edilib. Amma Çin ABŞ-ın elan etdiyi məbləğə uyğun cavab verə bilməyəcək, çünki Çinin keçən il ABŞ-dan idxal etdiyi məhsulların cəmi dəyəri 130  milyard dollar təşkil edib.
 

Digər tərəfdən, açıqlamada, mümkün bir "ticarət müharibəsində" Çinin gömrük tarifləri yerinə ABŞ-ı yaxından maraqlandıran xidmət və investisiya sahələrini hədəf ala biləcəyinə diqqət çəkilib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Çinin, ABŞ məhsullarının öz ölkəsinə girişində gecikmələr yarada biləcəyi vurğulanan açıqlamada, eyni zamanda Pekin hökumətinin ABŞ-ın Çindəki sərmayələrini məhdudlaşdıra biləcəyi qeyd edilib.
 

Açıqlamada, ABŞ-ın kənd təsərrüfatı ixracatında ən böyük bazarın Çin olduğuna yer verilib. Bundan başqa, Çinin ABŞ-a tətbiq edəcəyi gömrük rüsumları arasında kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir paya sahib olduğuna vurğulanıb.
 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

S&P açıqlamasında iki ölkə arasındakı bütünlüklə bir "ticarət müharibəsinin" İstehlakçı Etimadı, investisiya gözləntiləri, orta və uzun perspektivdə iqtisadi artım baxımından mənfi təsirləri olacağına dair xəbərdarlıqlar edib.

20.06.2018 05:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ