Dollar üçün kritik gün çatdı
Beynəlxalq bazarlarda diqqətlər, faizlərin artırılacağı gözlənilən Fed toplantısına çevrilib.
"Marja" xəbər verir ki, bazarlar Fed-in bu günü iclasında faiz artıracağı ehtimalını 100% olaraq görürlər, İyun ayına qədər daha bir faiz artırılacağına isə 60% ehtimal verirlər.
Dollar, treyderlərin mövqelərini bağlaması ilə cüzi geri çəkilib.
ABŞ, Mərkəzi Bankı Fed-in faiz qərarını bu gün Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaqdır. 23:30-da isə Fed sədri Janet Yellenin mətbuat konfransı başlayacaq.
GÖZLƏMƏYİ ÜSTÜN TUTMUŞDU
Fed 2016-ci ildə, əvvəl Çin bazarlarındakı qeyri-sabitlik, daha sonra İngiltərənin Brexit şoku və ABŞ-da Donald Trumpın sürpriz bir şəkildə prezident seçilməsilə əlaqədar olaraq gözləməyi üstün tutmuş və faiz artımlarını təxirə salmışdı. ABŞ Mərkəzi Bankının (Fed) bugünkü iclasında yeni prezident Trumpın iqtisadi artımı dəstəkləmək üçün maliyyə təşviqi artıracağı gözləntisi ilə fazi yüksəltməsi gözlənilir.
ƏSAS SUAL: FED GƏLƏN İL NEÇƏ DƏFƏ FAİZ ARTIRACAQ?
Qeyd edək ki, qlobal bazarlar xeyli müddətdir Fed-in Dekabr toplantısında faiz artıracağına yüksək ehtimal verirdilər. Buna görə, bu ehtimal Dolların qiymətində indiyədək demək olar ki, əks olunub və ABŞ valyutası xeyli bahalaşıb. Bu gün Dollara təsir edəcək əsas amil Fed-in gələn il hansı sürətlə faiz artıracağı barədə açıqlamaları olacaqdır. Əgər Fed gələn il daha sürətlə faiz artıracağını bəyan edərsə, bu dolların daha da bahalaşması ilə nəticələnə bilər.
Bazarlarda əsl maraq gələn ilə bağlı Fed-in mövqeyidir: Bazar 2017-dəki Fedin "şahin", yoxsa "göyərçin" olacağını görmək istəyir.
Hər kəs Fed-in bu iclasda faiz artıracağını gözləyir, narahatlıq yaradan sual gələn il faizin neçə dəfə artırılacağıdır.
Bu gün Fed-in faizləri 25 faiz bəndi artıraraq 0.25-0,50% səviyyəsindən 0,50-0,75% aralığına qaldıracağı gözlənilr.
İnvestorlar, Fedin 2017-ci il gözləntilərini hansı istiqamətdə dəyişəcəyini və Fed sədri Janet Yellenin jurnalistlərə nə deyəcəyini maraqla gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
16 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
20 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
20 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 23 saat əvvəl
- 23 saat əvvəl