Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İbrahim Alışov sığortanın mövcud səviyyəsinə təəssüflənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İbrahim Alışov sığortanın mövcud səviyyəsinə təəssüflənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Təəssüf ki, Azərbaycanda cəmi maliyyə sektorunun aktivlərində sığorta sektorunun cəmi aktivlərinin xüsusi çəkisi 2%-i keçə bilmir”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu “Azərbaycanda sığorta: Yeni Perspektivlər” adlı konfransın açılış çıxışında Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı direktoru İbrahim Alışov bildirib.

 

“Azərbaycanda iqtisadi aktivliyin artması ilə bərabər sığortada da canlanma müşahidə olunur. Amma bu canlanma yetərli deyil. Təəssüf ki, ümumi maliyyə aktivlərində sığorta sektorunun cəmi aktivlərinin xüsusi çəkisi 2%-i keçə bilmir. Bu çox kiçikdir. Sığorta sektorunun cəmi aktivləri 1 milyard 114 milyon manata bərabərdir. Maliyyə aktivlərində sığorta sektorunun aktivlərinin artırılması üçün çox işlər görülməlidir”,- İ. Alışov bildirib.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

İbrahim Alışov qeyd edib ki, 2020-ci ilə qədər sığorta yığımlarının qeyri-neft ümumi daxili məhsulunda xüsusi çəkisinin 1,8%-ə çatdırılması hədəflənir. Bunu üçün 1600 yeni iş yerinin açılmasına nail olmaq tələb olunur.

 

Palatanın İcraçı direktoru qeyd edib ki, 2018-ci ilin ilk 5 ayında 350,8 milyon manat sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur. Eyni zamanda, toplanmış cəmi 350 milyon manat sığorta haqlarının 158 milyon manatı həyat sığortasının, o cümlədən 113 milyon manatı həyatın yaşam sığortasının payına düşüb. 

 

İbrahim Alışov əlavə edib ki, ötən dövrdə hüquqi çərçivə formalaşdırılıb, yeni sığorta məhsulları yaradılıb, icbari avtomobil sığortasında bütün mərhələləri elektronlaşdırılıb:

 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

“Qarşıda görüləcək işlər çoxdur. Mikro sığortanın, müştərək sığortanın, icbari tibbi sığortanın və kənd təsərrüfatı sığortasının tətbiqi nəzərdə tutulur. Riskin bölüşdürülməsini nəzərdə tutan müştərək sığortanın tətbiqi üçün qanunvericiliyə ediləcək dəyişikliklər təklifi hökumətə göndərilib. Kənd təsərrüfatı sığortasının yekun modeli də hökumətə təqdim edilib. Biz 2018-ci ili sonunadək kənd təsərrüfatı sığortasının tətbiqi istiqamətində işləri başa çatdırmağı hədəfləyirik”.

 

Platanın İcraçı direktoru Azərbaycanda sığorta məhsullarının az olmasına da təəssüflənir: "Dünya təcrübəsində 300-dən çox sığorta məhsulu olsa da, Azərbaycanda təqdim edilən sığorta məhsullarının sayı 40 civarındadır. Bu bizi qane edə bilməz".

 

2 İL ƏRZİNDƏ 3 DƏFƏ ARTIM HƏDƏFİ

 

Konfransın açılışda çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli 
qeyd etdi ki, qəbul edilmiş Strateji Yol Xəritələrinə əsasən, 2 il ərzində Azərbaycanda sığorta bazarının 3 dəfə artırılmalıdır.  Bunun üçün mikro sığortanın, yeni icbari sığortaların və kənd təsərrüfatı sığortasının tətbiqinə başlanması nəzərdə tutulur.

 

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyası və Xprimm-in təşkilatçılığı və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Azərbaycanda sığorta – Yeni perspektivlər” mövzusunda beynəlxalq sığorta konfransı öz işinə başlayıb.

 

"ƏMLAK SIĞORTASINDA 300 MİLYON MANATADƏK YIĞIMA NAİL OLMAQ OLAR"

 

Konfransında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda əmlak sığortasına maraq aşağı səviyyədədir. "Əgər Azərbaycanda uçot sistemi təkmilləşdirilsə, bizim hesablamalarımıza görə, əmlak sığortası üzrə əlavə olaraq 200-300 milyon manat yığıma nail olmaq olar. Qonşu ölkələrdə əvvəllər əmlak sığortası üzrə yığımlar ümumi yığımların 17 faizini, indi isə 20 faizini təşkil edir. Bütün bunlar uçot və statistikanın təkmilləşdirilməsi hesabına olub. Bizim də ən  mühüm vəzifəmiz ölkədə uçot sisteminin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Bizim sığorta üzrə yığımlarımız da qonşu ölkələrlə müqayisədə yüksək olmalıdır. Sığorta şirkətlərini investisiya şirkətləri kimi qiymətləndirməliyik. Sığorta şirkətlərinin investisiya potensialı artırılmalıdır".

20.06.2018 08:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ