“Mənim Azərbaycanım” rəsm müsabiqəsi başa çatıb
OYAL məktəbli ləvazimatlarının sponsorluğu və “Ofisait” mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsi başa çatıb.
6 ay davam edən müsabiqə 200-ə yaxın uşaq iştirak etmiş, onlar Azərbaycanın tarixi, füsunkar mənzərəsi, musiqi mədəniyyəti, memarlığı ilə bağlı “Mənim Azərbaycanım” mövzusunda rəsm əsərləri çəkmişlər, həmçinin xalq rəssamı, professor Arif Hüseynovun çox illik təcrübəsindən faydalanmaq fürsəti əldə etmişlər.
Qeyd edək ki, 6 ay ərzində çəkilən bütün əsərlər təşkilatçıda toplanıb və bütün əsərlər Azərbaycan Rəssamlar İttifaqının üzvləri-sənətşünas alim, Əməkdar İncəsənət xadimi, dosent Ziyadxan Əliyev, Dövlət İmtahan Mərkəzində təsviri sənət üzrə ekspert Mətanət xanım Aslanovanın iştirakı, professor Arif Hüseynovun sədrliyi ilə səsvermə yolu ilə seçilmişdir. İlk 3 yerin qalibinə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafat təqdim olunmuş, 5 iştirakçı həvəsləndirici yerlərə layiq görülmüş, müsabiqənin digər bütün iştirakçılarına isə Oyal məktəbli ləvazimatlarından müxtəlif hədiyyələr təqdim olunmuşdur. Birinci yerin qalibi Səma Talıblı, 2-ci yerin qalibi Nərmin Məmmədova, 3-cü yerin qalibi isə Məryəm Ələkbərli olmuşdur.
OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir. Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
22 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl