Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"SDL Nobel" şirkətinin əməkdaşları Milli Qurtuluş gününü qeyd edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SDL Nobel" şirkətinin əməkdaşları Milli Qurtuluş gününü qeyd edib

(®) “SDL Nobel” şirkətinin əməkdaşları Milli Qurtuluş gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbir "Bakı fəhləsi" zavodunun rəhbərliyi tərəfindən təşkil olunub.

 

"SDL Nobel" əməkdaşları ümummilli lider Heydər Əliyev və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib zavod ərazisində yerləşən abidələrin önünə əklil qoydular.

 

"Bakı fəhləsi" zavodunun direktoru iştirak edənləri bayram münasibəti ilə təbrik edərək uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığa əmin olduğunu bildirdi.

 

Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb. SDL Nobel özünün birgə sahibləri olan Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.

 

“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.

20.06.2018 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ