Google-dan Alibaba həmləsi
Texnologiya nəhəngi Google, Alibaba-nın əsas rəqibi JD.com-a 550 milyon dollar sərmayə qoyacaq.
"Marja" xəbər verir ki, Google, JD.com-a 550 milyon dollar sərmayə yatıracağını, şirkətlə tərəfdaşlıq çərçivəsində JD.com məhsullarının Asiya xaricindəki istehlakçılara çıxışını təmin etmək üçün Google-ın alış-veriş xidmətində yer alacağını açıqlayıb.
Açıqlamada, Google texnologiyasının Çinin e-ticarət şirkəti JD.com-un tədarük zənciri və logistikası ilə uyğunlaşdırılacağı bildirilib.
Çində Google-ın e-poçt və axtarış kimi başlıca xidmətləri əngəllənib. Google JD.com ilə tərəfdaşlıq sayəsində yeni kəşflər edəcəyini qeyd edib.
Google, Cənub-Şərqi Asiyadakı istehlakçıların, 2025-ci ilə qədər internet üzərindən 88,1 milyard dollar xərcləyəcəyini gözləyir.
JD.com-un, Alibaba-dan sonra Çinin ən böyük ikinci e-ticarət şirkəti olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. əvvəl
-
37 d. əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
1 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
4 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 4 saat əvvəl