Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft ixracında liderliyini qorudu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ixracında liderliyini qorudu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı, keçən il 2016-cı illə müqayisədə neft ixracını 4,7 faiz azaltmasına baxmayaraq, 357 milyon 500 min tonla dünyada ən çox neft ixrac edən ölkə olub.
 

"Marja"nın "BP 2018 Dünya Enerji Statistikası" hesabatından topladığı məlumata görə, keçən il dünyada cəmi neft ticarəti əvvəlki ilə nisbətən təxminən 3 faiz artaraq 2 milyard 184 milyon 200 min tona çatıb.

Reklam_3_11


Səudiyyə Ərəbistanı 2017-də neft ixracını təxminən 4,7 faiz azaltmasına baxmayaraq, 357 milyon 500 min tonla dünyada ən çox neft ixrac edən ölkə olub.
 

Səudiyyə Ərəbistanından neftin ən böyük alıcısı isə 63 milyon 400 tonla Yaponiya olub. Bu ölkənin ardınca 52 milyon 200 min tonluq neft idxalı ilə Çin gəlir. Səudiyyə Ərəbistandan ən çox neft alan üçüncü ölkə isə 47 milyon tonla ABŞ olub.
 

Qlobal neft ixracında ikinci yeri 277 milyon 200 min ton Rusiya, üçüncü yeri isə 189 milyon ton ilə İraq tutub.
 

Ötən il dünyada ən çox neft idxal edən ölkələr isə 422 milyon 100 min tonla Çin, 394 milyon 100 min ton ilə ABŞ və 211 milyon 100 min ton ilə Hindistan olub.
 

İSTEHSALDA ABŞ BİRİNCİ YERDƏDİR
 

Ötən il dünyada ən çox neft hasilatı 571 milyon tonla ABŞ-da baş verib. Xam neft istehsalında ABŞ-ın ardınca, 561 milyon 700 min ton ilə Səudiyyə Ərəbistanı və 554 milyon 400 min ton ilə Rusiya gəlib.
 

Dünyada neft hasilatı keçən il bir əvvəlki illə müqayisədə 0,5 faiz artımla 4 milyard 387 milyon 100 min ton olub.
 

Neft istehlakında ABŞ 913 milyon 300 min ton ilə birinci yeri tutub. ABŞ-ın ardınca 608 milyon 400 min ton ilə Çin və 222 milyon 100 min ton ilə Hindistan gəlib.

20.06.2018 11:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ