Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Hasilatın 500 min artırılması qərarını bazarlar "həzm" edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hasilatın 500 min artırılması qərarını bazarlar "həzm" edəcək"

Londonda fəaliyyət göstərən enerji bazarları üzrə məsləhət və araşdırma təşkilatı "Energy Aspects"in geosiyasi analitiki Rikardo Fabiani, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən cümə günü Vyanada keçiriləcək iclasda hasilatın artırılması barədə qərar qəbul olunacağını bildirib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, o, "Bazarlar üçün əsas məsələ artım miqdarıdır. Ölkələrin xam neft hasilatlarını bütövlükdə gündəlik 500 min barrel və ya daha az artırmaq qərarı verilməsi halında, bazarlar bunu sürətli şəkildə "həzm" edəcək. Bir neçə həftə ərzində bazardakı yüksək tələb və aşağı təklif səbəbindən qiymətlər yenidən yüksəlişə keçəcək",- deyib.
 

Fabiani verdiyi açıqlamada, OPEC və Rusiyanın neft hasilatını gözlənildiyindən az artırması vəziyyətində qiymətlərin yüksələcəyini söyləyib.
 

Ötən həftə Rusiyanın, OPEC və OPEC-ə daxil olmayan ölkələrin ümumi hasilat həcmini gündəlik 1,5 milyon barrel qaldırmasını təklif etdiyini xatırladan Fabiani, bazar ertəsi günü də Səudiyyə Ərəbistanı və bəzi OPEC ölkələrinin sözügedən miqdarın gündəlik 300 min ilə 600 min barrel olması lazım olduğunu bildirdiklərini xatırladıb.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Fabiani, İran və Əlcəzair kimi OPEC ölkələrinin isə istehsalı artırmaq qərarına qarşı olduğunu bildirərək, veriləcək qərarın ilin sonunda müddəti başa çatacaq hasilatın azaldılması müqaviləsinin ləğvi anlamına gəlməyəcəyini və sözügedən müqavilə üzrə kvotaların yenilənə biləcəyini qeyd edib.

 

"SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ RUSİYA HƏMRƏYLİK GÖSTƏRƏCƏK"

 

Çikaqodakı broker şirkəti "Price Futures Group"un bazar analitiki Amerika Phil Flynn da ən yüksək halda xam neft istehsalının gündəlik 1,5 milyon barel artırılacağı qərarının bir hissəsinin indidən qiymətlərdə əks olunduğunu bildirib.
 

OPEC üzvlərindən İran, İraq və Venesuelanın xam neft istehsal miqdarının artırılmasına qarşı olduğunu vurğulayan Flynn, "Səudiyyə Ərəbistanı və Rusiyanın birlik və həmrəylik göstərmək üçün cəmi hasilat miqdarını gündəlik orta hesabla 1 milyon barrel artırmaq məsələsində həmfikir olacağına inanıram",- ifadələrini istifadə edib.
 

Flynn, OPEC və OPEC-ə daxil olmayan ölkələrin hasilatı gündəlik orta hesabla 1 milyon barrel artırması vəziyyətində isə ilk öncə qısa bir dövrdə satış mövqeyi yaranacağını, ancaq daha sonra bazarlarda geri sıçrayış görüləcəyini və qiymətlərin yüksələcəyini söyləyib.
 
 
Dünya üzrə yay mövsümündə neft tələbinin yüksələcəyinə diqqəti çəkən Flynn, OPEC ölkələri və Rusiyanın əlavə hasilat gücünün artan qlobal tələbatı ödəyib - ödəmədiyinin əhəmiyyətli olduğunu qeyd edib.
 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Səudiyyə Ərəbistanı və Rusiyanın cəmi əlavə hasilat gücünün gündəlik orta hesabla 1,5 - 2 milyon barrel arasında olduğunun təxmin edildiyini qeyd edən Flynn, əlavə hasilat tələb olunduğu halda ABŞ-da şist nefti istehsalçılarının da sürətlə xam neft hasilatlarını artıracağını sözlərinə əlavə edib.

20.06.2018 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ