Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan neft ixracı artıb, qaz ixracı azalıb - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan neft ixracı artıb, qaz ixracı azalıb - SON RƏQƏMLƏR

Cari ilin yanvar-may aylarında Azərbaycandan 11 milyon 779 min 776 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Beş ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 921 milyon 818 min ABŞ dolları olub.

 

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

 

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan 8 milyon 72 min 518 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 3 milyard 230 milyon 141 min dollar təşkil edib.

 

TƏBİİ QAZ İXRACI AZALIB

 

Bu ilin yanvar-may aylarında Azərbaycandan 2 milyard 742 milyon 787 min kubmetr təbii qaz ixrac olunub. 5 ayda ixrac olunan təbii qazın dəyəri 498 milyon 842 min ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, keçən ilin müvafiq dövründə isə ölkədən 3 milyard 97 milyon 742 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 515 milyon 144 min dollar olub.

 

Cari ilin yanvar-may aylarında Azərbaycandan 517 min 915 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İlin ilk beş ayında ixrac edilən neft məhsullarının dəyəri isə 267 milyon 629 min ABŞ dolları olub.


Xatırladaq ki, ötən ilin müvafiq dövründə isə Azərbaycandan 345 min 173 ton neft məhsulları ixrac olunub, ixracın dəyəri 133 milyon 587 min dollar təşkil edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Cari ilin yanvar-may aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 80,34 faizini, təbii qaz 6,77 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,63 faizini təşkil edib.

 

Qeyd edək ki, keçən ilin müvafiq dövründə isə neft ixracı ölkənin ümumi ixracının 72,59 faizini, təbii qaz 11,58 faizini, neft məhsulları 3 faizini təşkil etmişdi.

20.06.2018 14:31

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ