Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Aİ-nin viza siyasətindəki islahatlar məsələsinə aydınlıq gətirib.

 

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bəzi ölkələrdə viza verilməsi qaydalarındakı dəyişikliklər 2019-ci ilin ikinci yarısından tez tətbiq edilməyəcək.

 

Bununla yanaşı, viza rüsumlarındakı dəyişikliklər viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmış ölkələrə təsir etməyəcək. "Beləliklə, viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək", - Aİ nümayəndəliyindən bildiriblər.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xatırladaq ki, dünən Aİ hökuməti viza siyasətində readmissiya məsələləri üzrə kifayət qədər əməkdaşlıq etməyən ölkələrə münasibətdə viza verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutan islahatlar üzrə danışıqlara başlayıb.

 

Dəyişikliklər həmçinin viza haqqının 80 avroya qədər artımını nəzərdə tutur.

20.06.2018 14:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ