Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Facebook" və "Netflix"in səhmləri rekord qırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Facebook" və "Netflix"in səhmləri rekord qırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük sosial media saytı "Facebook" və qlobal internet televiziya şəbəkəsi "Netflix"in səhmlərinin dəyərləri rekord qırıb.
 

"Marja" xəbər verir ki, Nasdaq Texnologiya İndeksində ticarət olunan "Facebook"un səhminin qiyməti çərşənbə günü iş saatları ərzində 203,54 dollara yüksələrək şirkət tarixində ən yüksək səviyyəyə çatıb.
 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Facebook səhmləri günü 2,3 faiz artımla 202 dollardan bağlayıb. Şirkətin bazar dəyəri də 587 milyard dollar olub.
 

Yenə Nasdaq Texnologiya İndeksində ticarət olunan "Netflix"in səhminin qiyməti də çərşənbə günü iş saatları ərzində 419,38 dollara qalxıb və şirkət tarixindəki ən yüksək səviyyəni qeyd edib.
 

"Netflix" səhmləri gün ərzində 2,9 faiz bahalaşaraq 416,76 dollardan bağlanıb.  Şirkətin bazar dəyəri isə 175 milyard dollara yaxınlaşıb.
 

"Facebook" və "Netflix" səhmlərindəki bahalaşma Nasdaq Texnologiya İndeksinə müsbət təsir edib. İndeks iş saatları ərzində 7806,44 bənd ilə tarixindəki ən yüksək səviyyəni görüb. 
 

1 GÜNƏ KREDİT ALIN!

 

Mütəxəssislər, gələn ay açıqlanmağa başlanacaq ikinci rüb balans göstəricilərinin müsbət olması vəziyyətində texnologiya şirkətlərinin səhmlərinin daha da bahalaşacağını və yeni rekordlar qıracağını ehtimal edirlər.
 

İlin əvvəlindən etibarən "Facebook"un səhmləri 13,7 faiz, "Netflix" səhmləri isə 112,5 faiz dəyər qazanıb.

21.06.2018 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ