Ən pis vəziyyət "Standard İnsurance" sığorta şirkətindədir
Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 12-nin yığımları illik müqayisədə artıb, 8-nin yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta") isə ötən ilin yanvar-may aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ötən 5 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 103 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 11,1 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Xalq Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 5 ayda 1,232 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 13% çoxdur.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Standard Insurance" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 5 ay ərzində 3,003 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 56,1% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 0,8% azalaraq 13,1 milyon manata düşüb.
9 SIĞORTA ŞİRKƏTİNİN ÖDƏNİŞLƏRİ ARTIB
Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 11-nin ödənişləri azalıb və 1 şirkət ("Naxçıvan Sığorta") 1 il bundan əvvəl bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 592 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə "Meqa Sığorta" ASC-dir. Bu şirkətin ödənişləri ötən 5 ayda 3,625 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Qala Həyat Sığorta"dadır. Bu şirkət 5 ay ərzində 8,682 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 74,5% azalaraq 400 min manata düşüb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Manatla
Adı | Sığorta Haqları | Sığorta Ödənişləri | |||
№ | Sığortaçının adı | 2017-ci ilin yanvar-may dövrü | 2018-ci ilin yanvar-may dövrü | 2017-ci ilin yanvar-may dövrü | 2018-ci ilin yanvar-may dövrü |
1 | “Amrah Sığorta” | 9 min 289 | 102 min 800 | 35 min 649 | 22 min 4 00 |
2 | “A-Qroup Sığorta Şirkəti” | 2 milyon 278 min | 2 milyon 964 min | 3 milyon 233 min | 2 milyon 983 min |
3 | “AtaSığorta” | 3 milyon 907 min | 8 milyon 80 min | 1 milyon 442 min | 3 milyon 263 min |
4 | “Atəşgah Həyat” | 13 milyon 55 min | 22 milyon 562 min | 24 milyon 642 min | 8 milyon 846 min |
5 | “Atəşgah” Sığorta Şirkəti | 13 milyon 208 min | 13 milyon 100 min | 6 milyon 348 min | 7 milyon 872 min |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 9 milyon 646 min | 8 milyon 228 min | 5 milyon 928 min | 4 milyon 65 min |
7 | Dövlət Sığorta Kommersiya Şirkəti | 11 milyon 658 min | 33 milyon 474 min | 5 milyon 528 min | 6 milyon 859 min |
8 | “Azərbaycan Sənaye Sığorta” | 2 milyon 734 min | 3 milyon 695 min | 1 milyon 620 min | 865 min |
9 | “AZSIĞORTA” | 9 milyon 798 min | 7 milyon 223 min | 3 milyon 389 min | 3 milyon 625 min |
10 | “Bakı Sığorta” | 579 min 759 | 421 min | 148 min 614 | 125 min |
11 | “Günay Sığorta” | 4 milyon 272 min | 2 milyon 937 min | 202 min 738 | 1 milyon 346 min |
12 | “İpək Yolu Sığorta” | 8 milyon 228 min | 7 milyon 542 min | 1 milyon 568 min | 400 min |
13 | “Meqa Sığorta” | 8 milyon 8 min | 14 milyon 38 min | 985 min | 1 milyon 242 min |
14 | "Naxçıvansığorta" | - | 110 min |
| 2,9 min |
15 | “Paşa Həyat Sığorta” | 71 milyon 711 min | 128 milyon 907 min | 15 milyon 119 min | 21 milyon 499 min |
16 | “Paşa Sığorta” | 60 milyon 349 min | 78 milyon | 13 milyon 203 min | 22 milyon 474 min |
17 | “Qala Həyat” | 7 milyon 372 min | 6 milyon 439 min | 9 milyon 61 min | 8 milyon 682 min |
18 | “Qala Sığorta” | 4 milyon 219 min | 6 milyon 507 min | 49 min | 592 min |
19 | “Rəvan Sığorta” | 209 min 532 | 536 min | 270 min | 139 min |
20 | “Standard Insurance” | 6 milyon 832 min | 3 milyon 2 min | 2 milyon 735 min | 1 milyon 316 min |
21 | “Xalq Sığorta” | 2 milyon 610 min | 2 milyon 948 min | 1 milyon 956 min | 1 milyon 232 min |
YEKUN | 240 milyon 115 min | 350 milyon 821 min | 97 milyon 900 min | 97 milyon 450 min |
© Renkinq, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 20 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
3 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
5 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Recent Group” və “Area Alfa Group” şirkətlərinin rəhbərəri barəsində cinayət işi başladı