Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şəkər idxalında 50 milyon dollarlıq azalma!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəkər idxalında 50 milyon dollarlıq azalma!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycana yeyinti məhsullarının idxalı artmaqda davam edir.

 

Reklam_3_11

"Marja" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may ayları ərzində 549 milyon 504 min dollarlıq yeyinti məhsulları idxal edilib. Ötən ilin ilk 5 ayında 526 milyon 529 min dollarlıq yeyinti məhsulları idxal edilmişdi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Müqayisə olunan dövrdə, ət idxalının dəyəri 29 milyon 446 min dollardan 27 milyon 54 min dollara, süd idxalı 4 milyon 864 min dollardan 4 milyon 435 min dollara, şəkər idxalı 59 milyon 849 min dollardan 9 milyon 851 min dollara düşmüş, kərə yağı idxalı 25 milyon 88 min dollardan 36 milyon 336 min dollara, meyvə-tərəvəz idxalı 69 milyon 335 min dollardan 76 milyon 476 min dollara, çay idxalı 17 milyon 700 min dollardan 19 milyon 259 min dollara, buğda idxalı  64 milyon 293 min dollardan 84 milyon 122 min dollara, bitki və heyvan mənşəli piylər və yağların idxalı 47 milyon 594 min dollardan 65 milyon 676 min dollara qalxıb.

 

Ötən 5 ayda şəkər idxalının statistik dəyəri 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə təxminən 50 milyon dollar azalıb. Miqdar ifadəsində şəkər idxalı isə 125 078 tondan 21 800 tona düşüb. 

 

Dünya bazarlarında kərə yağı bahalaşdığından Azərbaycana idxal dəyəri artıb. Miqdar ifadəsində kərə yağı idxalı 6 290 tondan 6 147 tona düşüb. Dəyəri isə 25 milyon 88 min dollarda 36 milyon 336 min dollara qalxıb. 

21.06.2018 06:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ