Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünyada qiyməti 11,5%, Azərbaycana idxalı isə 40% bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada qiyməti 11,5%, Azərbaycana idxalı isə 40% bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycana kərə yağının idxalı miqdar ifadəsində azalsa da, idxal dəyəri artmaqdadır. Kərə yağının idxal dəyəri 11 milyon 248 min dollar artıb. 

 

"Marja" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 36 milyon 336 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Ötən ilin ilk 5 ayında 25 milyon 88 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi. 

 

1 GÜNƏ KREDİT ALIN!

 

Miqdar ifadəsində isə kərə yağı idxalı azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında idxal edilmiş kərə yağının miqdarı 6 290 ton təşkil etmişdi. 2018-ci ilin yanvar-may aylarnda bu miqdar 6 147 ton təşkil edib.

 

İdxalın miqdarının azalmasına baxmayaraq dəyərinin artmasının səbəblərindən biri dünya bazarlarında süd məhsullarının bahalaşmasıdır. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, Süd Məhsullarının Qiymət İndeksi mayda əvvəlki aya nisbətən 5,5 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 11,5% artıb. Bu dəyişikliyə, Yeni Zelandiyanın ixracının azalması səbəb olduğu güman edilir.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların statistik idxal dəyəri 45% artıb. Miqdarı isə 2,3% azalıb. Qısası, cüzi miqdar azalmasını nəzərə alsaq, kərə yağının Azərbaycana idxalı 40% civarında bahalaşıb. 

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

 

Miqdar (yanvar-may 2017)

Statistik dəyər (min ABŞ dolları) (yanvar-may 2017)

Miqdar (yanvar-may 2018)

Statistik dəyər (min ABŞ dolları) (yanvar-may 2018)

Kərə yağı və süddən hazırlanmış digər yağlar, ton

6290.82

25 088.71

6147.82

36 336.28

21.06.2018 06:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ