Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Aqrolizinq"in sədri: "Taxıl biçini gecikir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aqrolizinq"in sədri: "Taxıl biçini gecikir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Əlverişsiz hava şəraiti nəticəsində taxıl biçinində gecikmələr yaranıb. Odur ki, ilk növbədə növbəlilik prinsipinə əməl olunmalıdır. Çətinliyin öhdəsindən gəlmək üçün biz bir-birimizi eşitməli, qarşılıqlı anlaşma şəraitində, mövcud imkanlar çərçivəsində taxıl biçinini vaxtında və itkisiz başa çatdırmalıyıq”.  

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu fikirləri iyunun 20-də “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı fermer və sahibkarlarla Yevlaxda keçirilən görüşdə səsləndirib.

 

S.Mövlayev bildirib ki, hazırda respublikada taxıl biçinini həyata keçirən 2206 texnika var. Bunun 632-si “Aqrolizinq” ASC-yə, qalanı isə hüquqi və fiziki şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin əsas vəzifəsi həm texnikaları hüquqi və fiziki şəxslərə lizinqə vermək, həm də kiçik torpaq sahəsi olan fermerlərə və aztəminatlı ailələrə servis xidməti göstərməkdir. Odur ki, böyük torpaq sahibi olan taxıl istehsalçıları texnikanı lizinq yolu ilə əldə etsələr biçin mövsümündə çətinliklər yaranmaz.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Seymur Mövlayev görüşdə fermer və sahibkarlara taxılın becərilməsi zamanı aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi, alaq otlarına qarşı mübarizə aparılması üçün herbisidlərdən istifadə edilməsi və kiçik torpaq sahələri olan fermerlərin korporasiyalarda birləşməsi ilə bağlı tövsiyələr verib. Qeyd edib ki, yüksək məhsuldarlıq əkin sahələrinin artırılması hesabına deyil, nümunəvi qulluq və aqrotexniki tələblərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi hesabına əldə olunmalıdır. Bu sahədə maarifləndirmə və təşviqat işinin gücləndirilməsi də vacibdir.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Görüşdə fermer və sahibkarların biçinlə bağlı təklifləri dinlənilib, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

 

 “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçini ilə əlaqədar çağrı mərkəzinə daxil olmuş müraciətlər əsasında Sabirabad rayonunun Sərxanbəyli, İmişli rayonunun Bəhramtəpə və Qaragüvəndikli, Ağcabədi rayonunun Taynaq kənd və qəsəbələrində fermerlərlə görüşüb, onların fikir və təkliflərini dinləyib, səsləndirilən çətinliklər yerindəcə öz həllini tapıb.

21.06.2018 07:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ