Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed/Harker: Mart yığıncağında faiz artırmaq masada olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Harker: Mart yığıncağında faiz artırmaq masada olacaq

ABŞ Mərkəzi Bankı Fed-in Filadelfia şöbəsinin Sədri Patrick Harker,Fed-in Mart ayındakı  yığıncağının, məşğulluq bazarındakı yaxşılaşmanın, iqtisadi artımın davam etməsi və maaşların artması vəziyyətində, faiz artırmaq üçün "canlı" bir variant olduğunu söyləyib.

 

“Marja” xəbər verir ki, bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker, mətbuat mənsublarına verdiyi açıqlamda, "Mart toplantısında faizi artırmaq masada olacaq. Əsla heç bir yığıncağı masadan qaldırmayacağam. Vəziyyət məlumatların necə çıxacağına bağlıdır" deyib.

 

 

Harker, "Keçən həftə çox yaxşı məşğulluq məlumatları gördük, ÜDM və ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir və əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var" şəklində fikir bildirib.

 

Harker, 14-15 Martda keçiriləcək Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC) yığıncağında ola biləcək bir faiz artırımını ictimaiyyətə açıq bir şəkildə söyləyən ikinci Fed səlahiyyətlisi oldu. San-Francisco Fed sədri John Williams, keçən həftə Bloomberg-ə verdiyi müsahibəsində, Mart yığıncağında faizin artırıla biləcəyini söyləmişdi. İnvestorlar  Mart ayında  faiz artırılmasına 25% ehtimal verirlər.

 

Fed keçən həftəki yığıncağında faizləri dəyişdirmədi,  iş dünyası və istehlakçı etibarlarına dair göstəricilərin yaxşılaşdıdığına diqqət çəkdi. ABŞ səhmləri, Donald Trump-ın 8 Noyabrdakı seçki zəfərindən bu yana, yeni prezidentin vergi endirimləri, xərcləri artırması və tənzimləmələri azaldılması kimi iqtisadi artım mərkəzli siyasətlər aparacağı gözləntiləri ilə yüksəlib. Ancaq Trump rəhbərliyi hələ bu siyasətlər mövzusunda konkret bir plan ortaya qoymayıb.

 

07.02.2017 06:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ