Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hasilatı artırmaq barədə razılıq olacağı ehtimalı yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hasilatı artırmaq barədə razılıq olacağı ehtimalı yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC və tərəfdaşlarının Cümə günü keçiriləcək iclasda hasilatı artırmaq barədə razılığa gəlməsi ehtimalı yüksəlib



 
OPEC-in və tərəfdaşlarının neft hasilatının artırılması barədə razılığa gəlməsi ehtimalı, İranın istehsalın artırılması barədə hər hansı bir qərarı veto edəcəyi təhdidindən imtina etməsilə yüksəlib. Səudiyyə Ərəbistanı  hasilatın gündəlik təxminən 600,000 barrel artırılmasına dair plan irəli sürüb.
 

Reklam_3_11

Vyanada Çərşənbə günü keçirilmiş diplomatik danışıqların ardından nümayəndələr, OPEC-in Cümə günü keçiriləcək iclasda razılığa gələcəyi barədə daha nikbindirlər.
 

Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falih, Vyanada müxbirlərə verdiyi açıqlamada, "Günün sonunda məntiqin üstün gələcəyinə inamlıyam" deyib.

 

Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, Brent nefti 1,4% ucuzlaşaraq 73,72 dollara düşüb.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

Xatırladaq ki, 2016-cı il  noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

21.06.2018 10:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ