Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Lisenziyası ləğv edilmiş şirkət ödənişlər həyata keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lisenziyası ləğv edilmiş şirkət ödənişlər həyata keçirir

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC  tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Reklam_3_11

Aktivlərin məhdud olması səbəbindən ləğvetmə komissiyası tərəfindən “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23 faizi həcmində ödənilməsi qərara alınıb.

 

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır. Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

21.06.2018 13:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ