Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Araz” işçisinin qətli ilə bağlı məlumat yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Araz” işçisinin qətli ilə bağlı məlumat yaydı

“Araz” Supermarketlər Şəbəkəsi əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

 

Reklam_3_11

“Araz” Supermarketlər Şəbəkəsinin mətbuat xidmətindən verilən məlumata görə, şirkət baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir:

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“İyunun 20-də Araz Supermarketlər Şəbəkəsinin Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən filialının işçiləri Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. İş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib. Məlumat üçün bildirək ki, hadisəni törədən Surxay Əliyev Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır. Araz Supermarketlər Şəbəkəsi hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik".

 

21.06.2018 17:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ