Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro və Funt-sterlinqdə bahalaşma və səbəbləri - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro və Funt-sterlinqdə bahalaşma və səbəbləri - GÜNƏ BAXIŞ

ABŞ-ın sərt ticarət siyasətinin ilkin mənfi nəticləri dolların 1% ucuzlaşmasına səbəb olub. Bu gün isə "OPEC" toplantısı diqqət mərkəzində olacaqdır.


 

Dünya valyuta birjalarında Amerikadan açıqlanan zəif fundamental məlumatlardan sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti 1% ucuzlaşıb. Belə ki, Amerika Mərkəzi Bankının (FED) Filadelfiya filialının açıqladığı sənaye indeksi 2017-ci ilin sentyabr ayından bugünə kimi ən aşağı səviyyəyə (19.9) düşüb. Bu göstərici may ayında 34.4 punkta çatmışdır. Beynəlxalq Valyuta Fondu da Amerikanın xarici ticarət şərtlərini sərtləşdirməsi dünya iqtisadiyyatında inamın azalmasına, qeyri-müəyyənliyin və risklərin artmasına səbəb olur. 

 

Eyni zamanda, Avropada maliyyə nazirləri Yunanistanda böhranın sona bitdiyini açıqlayıblar və İngiltərə Mərkəzi Bankının açıqlamalarından sonra növbəti faiz artımı üzrə gözləntilər artıb.

 

Bütün bunlar EUR/USD və GBP/USD məzənnələrinin qismən bahalaşmalarına səbəb olub. Lakin bahalaşma zəif qiymətləndirilir və avro 1.17$, funt sterlinq isə 1.33$-ın altında qaldıqca, qlobal eniş dalğasına davam edə biləcəkləri proqnozları güclü olaraq qalır.

 

“OPEC+” və neft qiymətlərinin gələcəyi

 

Bu gün və şənbə günü baş tutacaq “OPEC”-in Vyana şəhərində 174-cü rəsmi toplantısı öncəsi Avropanın Brent nefti 74$-a ticarət edilməkdədir. “OPEC” ilə ittifaqa girən neft istehsalı ölkələri dünya iqtisadiyyatında dayanıqlığın təmin olunması üçün istehsalın məhdudlaşdırması proqramını yumşaltmağı müzakirə edirlər. Beləliklə, gündəlik neft istehsalının 1 milyona yaxın artırılması qərarı verilərsə, bu, neft qiymətlərinin ya ucuzlaşmasına və ya bundan artıq bahalaşmamasına səbəb ola bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

22.06.2018 07:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ