Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Borc portfelində xarici valyutada olan borc öhdəliklərinin payı böyükdür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Borc portfelində xarici valyutada olan borc öhdəliklərinin payı böyükdür"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Ölkəmizdə dövlət borcunun məbləğinin ümumi iqtisadi vəziyyətə təsiri ilə bağlı nələri qeyd etmək olar?" sualına şağıdakı şəkildə cavab verib.


-Borc dayanıqlılığının təmin edilməsi bütün ölkələr üzrə fiskal dayanıqlılığın təmin edilməsində əsas şərtdir. Beynəlxalq Valyuta Fondunun və digər maliyyə institutlarının tövsiyələrinə əsasən, inkişaf etməkdə olan ölkələrin dövlət borcunun ümumi daxili məhsula nisbətlərinin müvafiq hədləri qeyd edilsə də, nəticə etibarilə hər bir ölkə üzrə fərdi yanaşılmaqla və digər makroiqtisadi göstəricilər, məsələn, təbii ehtiyatlar, idxal-ixrac əməliyyatları, vergi göstəriciləri, valyuta ehtiyatları, borclanma limitləri və digər göstəricilər nəzərə alınmaqla qiymətləndirilir. 

Təhlil göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir və dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik.

 

Qanunvericiliklə müəyyən edilmiş Rəyin hazırlanması üçün Hesablama Palatasına dövlət büdcəsi ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, ölkə üzrə mövcud borc portfelində xarici valyutada olan borc öhdəliklərinin payı böyükdür. Bunun əsas səbəbi daxili maliyyə bazarının borclanma tələbini ödəmək potensialına malik olmaması və üzv olduğumuz maliyyə-kredit qurumlarından inkişaf məqsədilə kreditlərin cəlb edilməsidir. Lakin Azərbaycan Respublikasının neft-qaz gəlirlərinin, eləcə də ehtiyat aktivlərinin əksəriyyətinin ABŞ dollarında olması valyutada öhdəlik-aktiv balansının saxlandığını və xarici valyuta riskinin aşağı olmasını deməyə əsas verir. Dövlət büdcəsi ilə bağlı hesabat və izahatlara əsasən dövlət borcunun orta ödəniş müddəti təqribən 5,9 il qəbul edilmişdir ki, bu müddət riski üzrə meyarlarla müqayisədə məqbuldur.

22.06.2018 07:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ