Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft nazirləri "İrana" baxmayaraq istehsalın artmasının tərəfdarıdırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft nazirləri "İrana" baxmayaraq istehsalın artmasının tərəfdarıdırlar

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və müttəfiqləri, İranın şiddətli bir şəkildə qarşı çıxmasına baxmayaraq istehsalın nəzəri olaraq gündəlik 1 milyon barrel artırılmasına dair ilkin razılaşma əldə edib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, real istehsal artımının, bir neçə ölkənin hasilatı artırmasının imkansız olması ilə əlaqədar olaraq bu səviyyədən daha aşağı olacağı gözlənilir.
 

OPEC-ə tövsiyələr verən  Nazirlərin Monitorinq Komitəsi Cümə axşamı günü Vyanada razılaşma təmin edib. İranın Energetika naziri Bijan Zanganeh iclası tərk edərək OPEC-in Cümə günkü rəsmi görüşündə yekun razılaşmanı təmin etməyəcəyini bildirib.
 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Səudiyyə Ərəbistanının Enerji naziri Xalid Al-Falih isə, "Gündəlik 1 milyon barrel, nominal bir səviyyədir. Bütün ölkələrin buna qoşulmaması səbəbilə əsl təsir, daha az olacaq "- deyib və "Bazara təqdim ediləcək rəqəm (artırılacaq hasilat) daha kiçik olacaq" deyib.
 

OPEC-in hesablamaları ilə əlaqəsi olan bir nümayəndə, real istehsal artımının sutkada 600,000 barel həcmində olacağını deyib.
 

OPEC, Rusiya və istehsalın azaldılması müqaviləsindəki digər ölkələr Şənbə günü (bu gün) Vyanada toplanacaq.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xatırladaq ki, 2016-cı il  noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

22.06.2018 08:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ