“Azpetrol” şirkəti sosial şəbəkə izləyicilərinə müraciət edib.
Müraciətdə deyilir:
-Dünən http://atbmarket-ua.info/ saytında bir neçə şirkətlə bərabər, “Azpetrol” şirkətinin 20 illik yubileyi münasibətilə alıcılara 1000 litr Aİ-95 markalı benzin hədiyyə ediləcəyi barədə reklam xarakterli yazı dərc edilib. “Azpetrol” şirkəti olaraq nəzərinizə çatdırırıq ki, bu bir SPAM-dır və həqiqəti əks etdirmir. “Azpetrol” heç bir sayta, heç bir sosial şəbəkəyə belə bir məlumat verməyib. Onu da bildiririk ki, “Azpetrol” şirkətinin 20 illik yubileyi 2017-ci ildə qeyd olunub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN