Azərbaycana dərman idxalı kəskin artıb

2018-ci ilin yanvar-may aylarında Azərbaycana 106 milyon 10 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) aylıq hesabatında bildirilir.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

"Cari ilin yanvar-may aylarında respublikaya 106 milyon 10 min dollar dəyərində 5 min 565,43 ton əczaçılıq məhsulu idxal edilib", - deyə hesabatda bildirilir.

 

2017-ci ilin yanvar-may aylarında Azərbaycana  68  milyon 319 min dollar dəyərində 4 min 186,81 ton əczaçılıq məhsulu gətirilmişdi. Beləliklə, cari ilin 5 ayı ərzində ölkəyə sözügedən məhsulların idxalı miqdar ifadəsində 32,9%, dəyər ifadəsində 55,2% artıb.

 

2017-ci ildə Azərbaycana 249 milyon 16 min dollar dəyərində 15,65 min ton əczaçılıq məhsulu idxal olunmuşdu.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© İnterfaks-Azərbaycan

22 İyun 2018 , 10:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin