Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hobbisini gəlirə çevirən Xaçmaz sakini -80-200 MANATA SATIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hobbisini gəlirə çevirən Xaçmaz sakini -80-200 MANATA SATIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hobbisini gəlir mənbəyinə çevirən Xaçmaz sakini Vüqar Fərzəliyev təsərrüfatında 200-dən çox dovşan saxlayır.

 

Reklam_3_11

Təsərrüfatçının bölgə və paytaxtdan olan müştəriləri var. Dovşan ətinin bir kiloqramı 8-10 manata satılır. Dovşanların diri halda qiyməti çəkisindən və növündən asılı olaraq dəyişir. Kiçik dovşanlar 20 manat, böyüklər isə 80-200 manat arasında təklif olunur.

 

“May ayından sentyabradək dovşan əti satmıram. Bu müddətdə çəki yığan, daha da böyüyən heyvanların ətini sentyabr ayında Bakı şəhərindəki müştərilərimə çatdırıram. Heyvanları quru ot, arpa və digər qarışıq yemlərlə qidalandırıram. Hal hazırda havalar isti keçdiyi üçün onları gün ərzində 1 dəfə yemləyirəm. Su isə daima qabağlarında olmalıdır. Ancaq sentyabr ayından başlayaraq gündə 2 dəfə yemləyəcəm”,- deyə təsərrüfatçı bildirib.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Fermer əvvəllər bu işə hobbi kimi yanaşsa da, sonradan bəslədiyi dovşanların sayını artıraraq gəlir əldə etməyə başlayıb. Məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı fənni üzrə dərs deyən Vüqar Fərzəliyev artıq üç ildir dovşan bəsləyir. Onun fermasında 10-a yaxın dovşan növü var ki, onların da əksəriyyətini xaricidən gətirərək çoxaltmağa nail olub. Təsərrüfatçı Yeni Zelandiyadan gətirilmiş ağ və qırmızı, rizel, Kaliforniya, vlandır kimi ətlik və damazlıq dovşan növlərinə üstünlük verir. Ən qiymətlisi yumşaq xəzli dovşanlar sayılır.

 

Təsərrüfatçı bildirib ki, dovşanların saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır. Bu heyvanlar həm soyuğa, həm də istiyə həssasdır. Bundan başqa, heyvanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşmək vacibdir.

 

Dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq, hər dəfə 6-14 bala verir.

 

Vüqar Fərzəliyev gələcəkdə daha çox gəlir əldə etmək üçün təsərrüfatını genişləndirərək fikrindədir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

22.06.2018 08:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ