Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bankir “Günay Bank”dan 100 yox, 3 milyon manat mənimsəyib" - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bankir “Günay Bank”dan 100 yox, 3 milyon manat mənimsəyib" - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

13:50 - "GünayBank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Zaur Əhmədov "Marja" ilə əlaqə saxlayaraq, Emin Zeynalovun bankdan 3 milyon manat vəsait mənimsədiyi barədə xəbəri də təkzib edib:

 

"Mən tam məsuliyyətimlə bildirirəm ki, Emin Zeynalov bankdan 1 manat da olsun mənimsəməyib".

 

XXX

 

11:56: “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun saxlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan E. Zeynalovun əslində bankdan 3 milyon manat vəsait mənimsədiyi bildirilir. Məlumata görə, E. Zeynalov bankdan 3 milyon manat mənimsədiyi üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.

 

Əldə olunan digər məlumatlara görə, E. Zeynalov əslində, "qara bazar"da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin, "qeyri-leqal pul dövriyyəsi sxemi" qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Onun vəsaitini mənimsədikləri arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Mətbuatda E. Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb. E. Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmin müraciət əsasında E. Zeynalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub.

 

Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən E. Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir.

 

Bununla belə, E. Zeynalovun bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar həm “Günay Bank”, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur.

 

Məsələ ilə bağlı  açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirmişdi ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.

 

M. Məmmədov qeyd edib ki, E. Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub: “Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Lakin xaricə qaçması barədə məlumatlar əsassızdır”.

 

PALATA DA TƏKZİB ETMİŞDİ

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev də bildirib ki, E. Zeynalovun “Günay Bank”dan 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlar əsassızdır.

 

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər", -deyə o bildirib.

 

Qeyd edək ki, E. Zeynalov “Baku Languages and Business School” adlı kursun da icraçı direktorudur.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© APA

22.06.2018 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ