OPEC+ Monitorinq Komitəsinin görüşü Azərbaycanda keçiriləcək

OPEC+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclası sentyabrda Əlcəzairdə, 2019-cu ildə isə Azərbaycanda keçiriləcək.

 

Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo məlumat verib.

 

“OPEC+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclası Əlcəzairin paytaxtı Əlcəzair şəhərində, 2019-cu ildə isə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək”, - deyə o, Vyanada bildirib.

 

İyunun 22-də Vyanada OPEC ölkələrinin iclası, iyunun 23-də isə OPEC+ sazişinin 24 iştirakçı ölkəsinin görüşü keçiriləcək. Bu görüşlərdə OPEC+ sövdələşməsi çərçivəsində hasilatın artırılması imkanları müzakirə olunacaq.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© İnterfaks-Azərbaycan

22 İyun 2018 , 12:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin