Ən yuxarı (mobil)_30

Azərbaycan və Səudiyyənin nazirləri görüşdü - "Hasilatın aşağı olması problemlər yaradır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Səudiyyənin nazirləri görüşdü - "Hasilatın aşağı olması problemlər yaradır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir.

 

Energetika Nazirliyindən "Marja"ya  bildirilib ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Vyanada Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşündə danışılıb.

 

Görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib. Bildirilib ki, 2016-cı ildə əldə olunmuş razılığa əsasən OPEC+ ölkələri gündəlik neft hasilatını 1,8 milyon barrel azaltmalı olduqları halda, faktiki olaraq bu göstərici təxminən 2,8 milyon barrel təşkil edir. Bu isə neftə artan tələbatın ödənilməsində problemlər yaradır. Ona görə də neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir və həcmlər OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müzakirə əsasında müəyyənləşdiriləcək.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Pərviz Şahbazov dünya neft bazarında proseslərin neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin maraqlarına uyğunluğunun təmin edilməsi üçün birgə səylər göstərilməsinin mühümlüyünü qeyd edib. Azərbaycanda neft hasilatı ilə bağlı hazırkı və proqnozlaşdırılan imkanlar barədə məlumatı diqqətə çatdırıb. Dünya neft bazarının sabitləşdirilməsi prosesinin iştirakçısı kimi bundan sonra da ölkəmizin dəstəyini ifadə edib.

22.06.2018 10:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ